Maddə 1. Məlumat azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur. Maddə 2. Məlumat azadlığının təminatı Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Maddə 3. Qanunun təyinatı Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Maddə 4. Məlumat münasibətlərinin subyektləri Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir. Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
Maddə 6. Məlumatın əldə edilməsi üçün təminatlar Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
Maddə 7. Məlumat mənbələri Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər. Maddə 8. Məlumatın əldə edilməsi Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir. Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür. Maddə 9. Açıq məlumatın əldə edilməsi Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir: internet informasiya ehtiyatları vasitəsi ilə; rəsmi nəşrlərlə; kütləvi informasiya vasitələrinin yayılması ilə; kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə; fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə; qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla. Açıq məlumatın alınması qaydası və şərtləri bu qanunla, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər. Maddə 10. Alınması məhdudlaşdırılan məlumat Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir. Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 12. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə, habelə məhkəməyə şikayət edilə bilər. Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Maddə 13. Şəxsiyyət haqqında məlumat(fərdi məlumat) Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir. Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işləmir və mühafizə olunur. Məlumatın aldatma, hədə qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır. Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:
Şəxsiyyətin onun haqqında məlumatların
toplanılması ilə bağlı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası
Qanununa müvafiq digər hüquqları da vardır.
Qanunvericiliyə müvafiq surətdə dövlət
orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə
yol verilmir.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz. Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 15. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 iyun 1998-ci il № 505-IQ «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1998-ci il, № 9, maddə 561). «Azərbaycan» qəzetində dərc edilmişdir (16 sentyabr 1998-ci il, № 213). 1 fevral 2000-ci il tarixli, 799-IQ nömrəli; 25 mart 2003-cü il tarixli, 429-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD nömrəli; 12 fevral 2010-cu il tarixli, 953-IIIQD nömrəli; 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Qanunlara əsasən əlavələrlə. |
06 октября 2013
Məlumat azadlığı haqqında QANUN
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий