19 сентября 2013

QURBAN BAYRAMI

Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox əvvəl mövcud olmuşdur.
Hicri tarixinin ikinci ilində, Məhəmməd Peyğəmbər Mədinədən Məkkəyə köçəndən sonra islam aləmində qurban kəsmək adəti yoxsullara və yetimlərə kömək, arzuların çin olması üçün sədəqə verilməsi kimi yeni mənalar kəsb etdi. Dini mərasim olan qurban kəsilməsi İbrahim Peyğəmbərlə bağlı bir əhvalatdan sonra yaranmışdır. O, yuxuda görür ki, Allah İbrahimin ona inamını sübut etmək üçün oğlu İsmayılı qurban kəsməsini əmr edir. Əsl dindar olan İbrahim Allahın bu əmrini yerinə yetirməyə, İsmayıl da qurban kəsilməyə hazır idi.
Qurban bayramı zamanı hər bir imkanlı müsəlman bir heyvanı qurban kəsməli, onun ətini yoxsullara və yetimlərə paylamalıdır. Qurban kəsmək insanın həqiqi etiqad ucalığına yüksəlmək məqsədi güdür. Quranda bununla əlaqədar deyilir: “Onların nə əti, nə də qanı Allaha çatacaq. Ona sizdən ancaq təqva (Allahdan qorxma) çatacaqdır”.

Комментариев нет:

Отправить комментарий